EN

MTV-yə xəbərdarlıq edildi - “Bu, inkişaf deyil, əxlaqsızlıqdır”

Audiovizual Şurada MTV kanalının efirində baş vermiş pozuntu müzakirə olunub.

"Yeni Sabah" xəbər verir ki, Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə kanalına xəbərdarlıq edib.

MTV-nin 28 noyabr, saat 10:04-11:54 arası yayımlanmış “Xoş sabah” proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib.

Proqramda iştirak edən qonaqlardan biri “İnsanlar düşünürlər ki, boşanma pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular hər bir şeyə. Bu gün o söhbət yoxdur artıq. Bu gün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa” ifadələrini işlətməklə öz mövqeyini ifadə edib.

Digər bir qonaq isə, buna cavab olaraq “Bu, inkişaf deyil, əxlaqsızlıqdır” deyib.


Telegram kanalımız
Chosen
60
25
yenisabah.az

10Sources