EN

Rəqsanə Fazillə ayrılıq xəbərlərini YALANLADI: “Heç nə bitməyib” VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovdan ayrılmadığını açıqlayıb.Bizim.Media xəbər verir ki, bu barədə Rəqsanə “Qonaqcanlı” verilişində danışıb.İfaçı bildirib ki, ötən gün konsertdə səsləndirdiyi “Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib” açıqlaması səhv başa düşülüb:

 

“Demək istədim ki, həyatımda sevgi onunla bitib. Heç nə bitməyib, ailəmlə birlikdəyəm. O qədər dedilər, axırda bitəcək. Fazil müəllim Bakıda, uşaqlarımın yanındadır. O da dünəndən əsəbiləşib ki, sən demisən. Ayrılmamışıq. Ayrılıq elə bir şeydir ki, bunu gizlətmək olmaz, nə vaxtsa ortaya çıxacaq. Ayrılanda deyərəm, ayrılmışam, bitib. Məsələni nə qədər gizlədə bilərəm ki? Yalan söhbətdir”.

Xatırladaq ki, Rəqsanənin Fazillə evliliyindən iki övladı var.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
1
bizim.media

2Sources