EN

“Məni yiyəsiz görmüsünüz?” - Ülkər Yaşarqızı

Ajans.az xəbər verir ki, müğənni bu barədə instaqram hesabında açıqlama verib.  “Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədəf oluram? Ağrım və acım mənə aiddir. Qınamaq nəyə lazımdır?! Heç qorxmursunuz ki, bu, sizin də başınıza gələ bilər?! Məni yiyəsiz görmüsünüz? Efirdə danışanlar və şərh yazanlar, gedin işinizlə məşğul olun! Mənim acım mənə aiddir”. Qeyd edək ki, Y.Nurinin qızı Ülviyyə Yaşarqızı ötən ayın 15-də ürək çatışmazlığından vəfat edib.

Chosen
51
7
Ajans.az

10Sources