EN

Azərbaycan–BƏƏ münasibətləri: Strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

Bakı. Trend:

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasivə iqtisadi münasibətlər müasir dövrdə strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlaraəsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcəikitərəfli deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətkəsb edir. Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadimünasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinəyüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlara əsaslananəməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcə ikitərəflideyil, həm də regional və qlobal kontekstdə əhəmiyyət kəsbedir.

Siyasi etimad iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb.Azərbaycan–BƏƏ iqtisadi əlaqələri şaxələndirilmiş və artan xəttüzrə inkişaf edir. Azərbaycan BƏƏ üçün Cənubi Qafqazda etibarlıiqtisadi tərəfdaş, BƏƏ isə Azərbaycan üçün Yaxın Şərq və Körfəzregionuna açılan mühüm bazar rolunu oynayır. BƏƏ Azərbaycanıniqtisadiyyatına sərmayə qoyan əsas ərəb dövlətlərindən biridir.BƏƏ-nin böyük maliyyə fondları və şirkətləri Azərbaycanı sabitsiyasi mühitə, əlverişli coğrafi mövqeyə və geniş inkişafpotensialına malik ölkə kimi qiymətləndirir. Bu da investisiyaəməkdaşlığının uzunmüddətli olacağını göstərir.

Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin ZayedAl Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki dövlət arasındastrateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayişetdirir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və şəxsimünasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində həlledici roloynayır. Görüş zamanı siyasi dialoqun sabit və etibarlı xarakterdaşıdığı, regional və qlobal məsələlərdə mövqelərin çox vaxtüst-üstə düşdüyü aydın şəkildə hiss olunur.

Görüşdə əməkdaşlığın siyasi çərçivədən kənara çıxaraqiqtisadiyyat, enerji və xüsusilə bərpaolunan enerji sahələriniəhatə etməsi xüsusi önəm daşıyır. BƏƏ-nin bu sahədə böyük maliyyəvə texnoloji imkanlara malik olması, Azərbaycanın isə yaşıl enerjistrategiyasını prioritet elan etməsi tərəflər üçün geniş əməkdaşlıqimkanları yaradır. Bu baxımdan səfər, gələcəkdə konkret layihələrinvə investisiya təşəbbüslərinin reallaşmasına zəmin yaradan mühümmərhələ kimi dəyərləndirilə bilər.

Azərbaycan və BƏƏ arasında əlaqələrin yalnız rəsmi-siyasimüstəvidə deyil, mədəni və humanitar sahələrdə də inkişaf etməsimünasibətlərin uzunmüddətli və dayanıqlı xarakter daşıdığınıgöstərir. Qarşılıqlı hörmətə əsaslanan bu əməkdaşlıq xalqlararasında daha sıx təmasların formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin “Gələcəyin Oyunları 2025” turnirininaçılış mərasimində iştirakı səfərə əlavə simvolik məna qatır. Butədbir idmanın ənənəvi formaları ilə rəqəmsal texnologiyalarınsintezini özündə birləşdirərək gələcək nəsillərə və innovasiyayayönəlmiş baxışı təcəssüm etdirir. Azərbaycanın dövlət başçısınınbelə bir tədbirdə iştirakı ölkənin müasir trendlərə,rəqəmsallaşmaya və gənclər siyasətinə verdiyi önəmin göstəricisikimi də dəyərləndirilə bilər.

Səfər çərçivəsində Prezident İlham Əliyevin şərəfinə rəsminaharın verilməsi, tərəflər arasında mövcud olan yüksək səviyyəlietimad və dostluq münasibətlərinin protokol səviyyəsində dətəsdiqidir. Bu cür jestlər diplomatik əlaqələrin səmimiliyini vəmöhkəm təməl üzərində qurulduğunu göstərir.

Chosen
50
1
az.trend.az

2Sources