Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində növbəti köç karvanları Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Sitat.info xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər), Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə 18 ailə (91 nəfər), Ağdamın Xıdırlı kəndinə isə 16 ailə (45 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.