AZ

Laçın şəhərinə, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

 

APA xəbər verir ki, Laçın şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.

 

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər), Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə 18 ailə (90 nəfər), Ağdamın Xıdırlı kəndi isə 16 ailə (45 nəfər) köçürülüb.

 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

 

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
31
4
qaziler.az

10Mənbələr