EN

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı


Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb.
Məlumata görə, 39 vilayətdə keçirilən əməliyyat zamanı saxlanılanlardan 90-ı həbs olunub, 52 nəfər isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

Chosen
24
49
nuh.az

10Sources