AZ

Türkiyədə cinayətkar dəstəyə qarşı əməliyyat 29 NƏFƏR TUTULDU

ain.az, Bizim media saytına istinadən bildirir.

Türkiyənin mərkəzi Tekirdağ olmaqla 10 vilayətində dələduzluqla məşğul olan mütəşəkkil cinayətkar qrupa qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində yazıb.Məlumata görə, əməliyyatın gedişində 29 nəfər şübhəli şəxs qismində saxlanılıb, onlardan 25-i barəsində həbs qətimkan tədbiri seçilib.

 

Türkiyənin Respublika Baş Prokurorluqları və Polis Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əlaqələndirilməsi ilə, Tekirdağ vilayətinin Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, həmin dəstə internet üzərindən “avtomobil ehtiyat hissələrinin satışı” vədi ilə 500-dən artıq vətəndaşı təxminən 250 milyon TL məbləğində aldadaraq qanunsuz gəlir əldə edib.

“Vətəndaşlarımızı aldadan cinayət şəbəkələrinə və qanunsuz strukturlara qarşı mübarizəmizi fasiləsiz şəkildə davam etdiririk”, - deyə Yerlikaya bildirib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
24
bizim.media

10Mənbələr