EN

Laçın, Hadrut, Qırmızı Bazar və Xıdırlıya növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Aznews.az. xəbər verir ki, Laçın şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər), Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə 18 ailə (90 nəfər), Ağdamın Xıdırlı kəndi isə 16 ailə (45 nəfər) köçürülüb.

Chosen
33
29
aznews.az

10Sources