EN

Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX)vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərinsahibkarların ictimai birlikləri, sahəvi assosiasiylar, palatalar,auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib.

Trend DövlətVergi Xidmətinə istinadən xəbər verir ki, tədbirdə bir sıra dövlətqurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirakediblər.

Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicatİmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı,investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgəiqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildiribki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklərzamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrəformalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcəgəlirlərinin tənzimlənməsi və vergi nəzarətinintəkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükününoptimallaşdırılmasına və vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığaxidmət edəcək.

Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib. Başidarə rəisinin müavini Əvəz Quliyev bildirib ki, 2026-cı ildəNaxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərləeyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığortayükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı,gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlaragüzəştlərin verilməsi nəzərdə tutulur.

Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndəticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsızdövriyyə limiti 400.000 manata çatdırılacaq və nağdsız dövriyyəninyalnız 50%-i ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eynizamanda, muzdlu işdən gəlirlər üzrə vergi yüküoptimallaşdırılacaq.

Bundan başqa, orta və iri vergi ödəyiciləri ilə münasibətlərinşəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək,əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığıngenişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu vəkosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə "ƏDV geri al"mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrəvergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi də qanunda öz əksinitapıb.

Tədbirin sonunda iştirakçılarının sualları cavablandırılıb vətəklif edilən dəyişikliklərin iqtisadiyyatın inkişafına gözlənilənmüsbət təsirləri geniş müzakirə olunub.

Chosen
49
7
az.trend.az

8Sources