EN

Premyer-liqada 10-cu ukraynalı baş məşqçi

Misli premyer-liqasının 15-ci turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, ukraynalı Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.

Vernidub premyer-liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi mütəxəssisdi. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) 2-ci turda debüt edib.

Bununla da premyer-liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub premyer-liqa tarixində 10-cu ukraynalı baş məşqçidi.

O, “Neftçi”ni ölkə çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdi. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Chosen
46
14
football-plus.az

10Sources