EN

İlin ən böyük elm hadisəsi: NASCO XXVIII ADNSU-da öz işinə başlayıb

Bakı. Trend:

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində(ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuşDoktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmikonfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub.

Trend xəbərverir ki, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrəDövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı iləkeçirilir.

Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmışelm xadimləri, ali təhsil müəssisələrinin rektorları,professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılariştirak edirlər.

Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli LiderHeydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanınəziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və güldəstələri qoyulub. Açılış mərasimi Dövlət Himninin səsləndirilməsivə şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiilə başlayıb.

Salamlama nitqi ilə çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizovkonfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platformarolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişafməqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərəəsaslanaraq qeyd edib ki, NASCO XXVIII 609 qəbul olunmuş iştirakçıilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda, qəbul edilmişməqalələrin sayı 600-ü ötüb.
Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətəçatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11ali təhsil müəssisəsi və institutun doktorant və gənctədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gəncalimlər üçün yaradılmış müasir elmi mühitdən və gənctədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb vəkonfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfəolacağını deyib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm vətəhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlərbarədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm vətəhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnıznəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat vəcəmiyyətlə inteqrasiyasını gücləndirməkdir.

Nazir çıxışında bildirib ki, sentyabrdan ölkədə tətbiq olunacaqyeni nəsil doktorantura proqramları gənc alimlərin elmifəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkanverəcək. Nazir vurğulayıb ki, ali təhsildə multidisiplinaryanaşmanın genişləndirilməsi, AMEA-da aparılan strukturislahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi,startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmipotensialını gücləndirib. Nazir qeyd edib ki, bu islahatlar vətəşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcəkinkişafına əsas yaradır.

Nazir çıxışının sonunda NASCO XXVIII-in gənc alimlər üçün elminəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacibplatforma olduğunu qeyd edərək konfransın işinə uğurlararzulayıb.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrədavam etdirib.

Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində“Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanınperspektivləri”, “Elm əsaslı innovasiya” mövzularında panelmüzakirələr və müxtəlif elmi istiqamətlərini əhatə edən elmiməruzələr təşkil olunacaq.

Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətinistimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübəpaylaşımı üçün platforma yaratmaqdır.

Chosen
157
13
az.trend.az

10Sources