Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidməti üç avtomobil alır.
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, minik maşınları Neftqayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi üçün sifariş ediləcək.
Belə ki, nazirliyin qurumu 3 ədəd nəqliyyat vasitəsinə görə təxminən 192 min manat ayırıb.
Dövlət Xidməti razılaşacağı şirkətlə müqavilə bağlayacaq.
Sifarişə əsasən, minik maşınları müasir tələblərə uyğun şəkildə sedan növündən olmalıdır.
Ölkə.Az