Azərbaycan Universitetinin birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb.
Hadisə ilə bağlı şahidlər Baku TV-yə danışıblar.
"Yerdə 100 manat var idi. Tələbə yoldaşımız onu götürmək üçün döşəmənin üstünə hoppandı. Nəticədə yıxılaraq əzildi. Təcili tibbi yardım gəldi və onu xəstəxanaya apardılar", - deyə şahidlərdən biri bildirib.
Tarix: 15 Dekabr 2025, 20:11