AZ

"Yerdəki 100 manatı götürmək istəyəndə zirzəmiyə düşdü" - Tələbənin yıxılaraq xəsarət almasının TƏFƏRRÜATI - VİDEO

Azərbaycan Universitetinin birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb.

 
Hadisə ilə bağlı şahidlər Baku TV-yə danışıblar.
 
"Yerdə 100 manat var idi. Tələbə yoldaşımız onu götürmək üçün döşəmənin üstünə hoppandı. Nəticədə yıxılaraq əzildi. Təcili tibbi yardım gəldi və onu xəstəxanaya apardılar", - deyə şahidlərdən biri bildirib.
 

Seçilən
18
3
yenilik.az

4Mənbələr