EN

Mərakeş suya qərq oldu

“TanjaNews” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Mərakeşin qərbində baş verən daşqınlar nəticəsində 37 nəfər ölüb.

Daha 14 nəfər tibbi yardım alır. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Sahiyol Safi əyalətində 14 dekabrda güclü yağışlar səbəbindən daşqınlar başlayıb. Ən azı 70 ev və mağaza su altında qalıb, bir neçə yol isə zədələnib.

//Samir Qurbanov, Editor.az

Chosen
107
editor.az

1Sources