EN

Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olundu

Bir neçə gün öncə Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.

Bizim.Media xəbər verir ki, bu barədə G. Hacıbəyli sosial şəbəkə hesabında məlumat  paylaşıb.

O qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.

Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib.
 

3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb. O, bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini bildirib.


Qeyd edək ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.

Bizim.Media

Chosen
96
26
bizim.media

10Sources