Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.BUTA.TV xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.