EN

Salyanda yol qəzası: 4 nəfər yaralandı (VİDEO)

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Salyanda zəncirvari yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobilləri ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobili aşıb.

Hadisə zamanı xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
unikal.az

2Sources