“Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Təcrübəli qolkiper dekabrın 14-də Bundesliqada “Maynz”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra sağ bud nahiyəsində narahatlıq hiss edib. Aparılan tibbi müayinələrdən sonra Noyerə əzələ yırtığı diaqnozu qoyulub.
Bu səbəbdən 39 yaşlı qapıçı 2025-ci ilin son günlərində komandasına kömək edə bilməyəcək. Onun Bundesliqanın qış fasiləsindən sonra, yanvarın 11-də “Volfsburq”la keçiriləcək matça qədər meydana qayıtmasının gözlənildiyi bildirilir.
Qeyd edək ki, Manuel Noyer cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 20 oyunda meydana çıxıb və bu görüşlərdə 21 qol buraxıb.
“Samsunspor” Tomas Raysla bağlı qərarını verib - Daha 2 il
“Bavariya” Bundesliqada yeni rekorda imza atıb
Əfsanəvi hücumçu Yan Raş reanimasiyaya yerləşdirilib
Haland Ronaldonu geridə qoydu
“Milan” qışda hücumçu və müdafiəçi transfer etməyi planlaşdırır