"Bavariya" (Almaniya) 2025-ci ildə "Top-5" liqa təmsilçiləri arasında ölkə çempionatında ən çox qol vuran komanda olub.
"Report"un "Opta"ya istinadən məlumatına görə, komanda 2025-ci ildə Bundesliqada 107 dəfə fərqlənib.
Bu göstərici üzrə rekord da məhz Münhen təmsilçisinə aiddir. Komanda 2021-ci ildə 116 qol vurmağı bacarıb.
Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 15 turdan sonra 41 xalla birinci pillədədir.