Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
"Unikal"ın məlumatına görə, Prezidentin Sərəncamı ilə 3 nəfərə “general-mayor” ali hərbi rütbəsi verilib.
General rütbəsi verilən polkovnik Seymur Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.