EN

“Pussy Riot” üzvlərinə qarşı SƏRT ADDIM – Fəaliyyəti QADAĞAN EDİLDİ

Rusiyada “Pussy Riot” qrupu ekstremist təşkilat elan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Moskva məhkəməsi prokurorluğun tələbini təmin edərək qalmaqallı qərar çıxarıb.

Moskvanın Tverskoy məhkəməsi Rusiyanın Baş Prokurorluğunun iddiası əsasında “Pussy Riot” pank-qrupunu ekstremist təşkilat kimi tanıdığını elan edib.

Prokurorluq Mariya Alyoxinanı təşkilatın lideri kimi təqdim etsə də, vəkil Leonid Solovyov bununla razılaşmayıb.

Müdafiə tərəfi bildirib ki, qrupun ironik xarakter daşıyan aksiyaları heç vaxt konstitusiya quruluşunu devirmək məqsədi güdməyib və iddianamədə adı keçən bəzi şəxslərin qrupla əlaqəsi yoxdur.

Xatırladaq ki, qrup 2012-ci ildə Xilaskar Məsih Məbədindəki aksiyası ilə məşhurlaşıb və üzvləri xuliqanlığa görə məhkum edilib

2018-ci ildə isə Dünya Çempionatının finalında polis formasında meydana qaçaraq növbəti qalmaqala səbəb olmuşdular.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
132
interpress.az

1Sources