EN

Toral üçün əlamətdar matç

“Qarabağ”ın futbolçusu Toral Bayramov premyer-liqada 25-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Bayramov Misli premyer-liqasının 15-ci turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam təmsilçisində çıxış edib. Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudu.

O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudu. Xatırladaq ki, Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Chosen
45
12
football-plus.az

10Sources