"Qarabağ"ın futbolçusu Toral Bayramov Misli Premyer Liqasında 25-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.
Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"ın (5:1) qapısına 2 qol vurmaqla "25"ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.
Qeyd edək ki, Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.
Elmar Baxşıyev: “Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir”
“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB
Daun sindromlu və autizmli uşaqlar “Turan Tovuz”un qonağı olublar - VİDEO
Azər Bağırov: "Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir"
Kaxaber Tsxadadze: "Bu gün pis oynadıq"