Çin yeni nəsil CH-7 görünməz döyüş dronunun ilk sınaq uçuşunu uğurla tamamlayıb.
News365.az xəbər verir ki, bu hadisə dronun rəsmi uçuş testlərinin başlanğıcı kimi qiymətləndirilir.
Məlumatlara görə, CH-7 dronu aerodinamik dizaynı və stealth texnologiyası ilə diqqət çəkir, uzun məsafəli missiyalar üçün nəzərdə tutulub.
Ekspertlər bu dronun Çin hava qüvvələrinin gələcək əməliyyat potensialını artıracağını və regiondakı strateji balansda təsirli ola biləcəyini vurğulayırlar. Sınaqların növbəti mərhələsində dronun manevr qabiliyyəti, silah sistemləri və digər əməliyyat xüsusiyyətləri qiymətləndiriləcək.
Bu ilk uçuş, Çin üçün yüksək texnologiyalı pilotsuz döyüş aviasiyasının inkişafında mühüm mərhələ hesab olunur.