EN

Toral Bayramov üçün əlamətdar matç

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Bayramov Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Chosen
45
12
idmanxeber.az

10Sources