EN

“2025-ci il istehlakçıların qiymət artımından narazılığı ilə yadda qaldı” - Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il istehlakçı hüquqları baxımından əsasən qiymət artımı və bunun yaratdığı narazılıqlar ilə xarakterizə olunub.

Onun sözlərinə görə, il ərzində qiymətlərin artması istehlakçıların gündəlik həyatına birbaşa təsir göstərib və bu amil vətəndaşların ciddi narazılığına səbəb olub. QHT sektoruna toxunan Eyyub Hüseynov qeyd edib ki, 2025-ci il dövlətin qeyri-hökumət təşkilatlarına dəstək siyasətinin müəyyən qədər gücləndiyi il kimi yadda qalıb:

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin digər ölkələrlə birgə beynəlxalq layihələrə QHT-ləri cəlb etməsi, eləcə də biznes qurumlarının QHT-lərin maliyyələşdirilməsi prosesinə cəlb olunması ilə xarakterizə olundu. 2025-ci ildə Azad İstehlakçılar Birliyi tullantıların idarə olunması ilə bağlı maarifləndirmə tədbirlərini əhatə edən bir layihə həyata keçirdi. Ümumiyyətlə, Azad İstehlakçılar Birliyi bu vaxta qədər çoxsaylı layihələr icra edib və o cümlədən Avropa İttifaqının maliyyələşdirdiyi dörd iri layihəni uğurla həyata keçirib".

QHT sədri təəssüflə bildirib ki, 2025-ci il Avropa İttifaqının Azərbaycanda layihə maliyyələşdirməsinə faktiki olaraq son qoyulduğu il kimi də xarakterizə oluna bilər.

 

Pərvanə Fərhadqızı

Chosen
75
qht.az

1Sources