Qubada kişi dəm qazından boğulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.
Rayon sakini Vüqar Atayev evinin həyətində olan hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.