EN

Özbəkistanlı müəllimlər üçün UNEC-də təşkil olunan intensiv təlim proqramı uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

Özbəkistanlı müəllimlər üçün UNEC-də təşkil olunan intensivtəlim proqramı uğurla başa çatıb.

UNEC beynəlxalq əməkdaşlıqçərçivəsində daha bir yeniliyə imza atıb.

Belə ki, UNEC-də Özbəkistan Respublikasının orta məktəbmüəllimləri üçün xüsusi hazırlanmış intensiv təlim proqramı təşkiledilib. Proqramın əsas məqsədi Rəqəmsal UNEC təcrübəsini, müasirtədris modellərini və innovativ pedaqoji yanaşmaları özbəkistanlımüəllimlərə təqdim etmək olub.

Proqramın ilk günündə UNEC-ə səfər edən 26 nəfərlik nümayəndəheyəti universitetin infrastrukturu, rəqəmsal ekosistemi və təhsilmühiti ilə yaxından tanış olub. Sonra məlumatlandırma vəşəbəkələşmə sessiyasında qonaqlara Rəqəmsal UNEC-in beynəlxalqnailiyyətləri, təhsil üstünlükləri, bilik və bacarıq əsaslıyanaşmaları, həmçinin xarici tələbələr üçün yaradılan imkanlarbarədə geniş təqdimat edilib.

Beş gün davam edən intensiv proqram şərçivəsində UNEC-in Təhsilvə Təlimin Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva vəşöbənin əməkdaşları tərəfindən təlimlər təşkil olunub. Təlimlərmüasir tədris metodları, beynəlxalq təhsil təcrübələri, rəqəmsalalətlərdən istifadə, süni intellektin dərs prosesinə inteqrasiyası,aktiv öyrənmə modelləri, müəllim liderliyi və sinif idarəetməsikimi mövzular əhatə edib. Eyni zamanda interaktiv müzakirələr, realsituasiyaların təhlili, praktiki tapşırıqlar və qrup işləri iləzənginləşdirilib. Qonaqlar həmçinin geniş şəbəkələşmə imkanlarındanyararlanıblar.

Proqramın son günündə UNEC-in rektoru, professor Ədalət Muradovözbəkistanlı müəllimlərlə görüşərək universitetin beynəlxalqəməkdaşlıq siyasəti barədə məlumat verib. Rektor UNEC-in qabaqcılpedaqoji yanaşmalarının paylaşılmasının regional müəllimlərininkişafına mühüm dəstək olduğunu vurğulayıb, bu kimi təşəbbüslərintəhsil sahəsində tərəfdaşlığı daha da gücləndirdiyini qeydedib.

Özbəkistanlı müəllimlər UNEC-də təşkil olunan təlim proqramınıyüksək qiymətləndirərək göstərilən diqqət və peşəkar dəstəyə görəuniversitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda iştirakçı müəllimlərə UNEC tərəfindən sertifikatlar təqdimolunub.

Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Məqalədə:
Chosen
50
9
az.trend.az

10Sources