EN

Ronaldo Hollivud ekranlarında: Futbol ulduzu bu dəfə...

Portuqaliya millisinin üzvü və hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinən Kriştiano Ronaldo Hollivudun məşhur “Forsaj” film seriyasında tamaşaçı qarşısına çıxacaq.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə filmin əsas simalarından biri olan Vin Dizel məlumat verib.

Aktyor sosial şəbəkədə etdiyi açıqlamada Ronaldonun layihədə iştirak edəcəyi ilə bağlı uzun müddətdir səslənən iddialara aydınlıq gətirib.

Vin Dizelin sözlərinə görə, futbol ulduzu üçün ssenaridə xüsusi rol hazırlanıb və onun filmdə iştirakı artıq qəti qərardır.

Qeyd edək ki, “Forsaj” seriyasının 11-ci hissəsinin nümayişi 2027-ci ilin aprel ayına nəzərdə tutulub. Bu filmin eyni zamanda franşizanın yekun ekran işi olacağı bildirilir.

Xatırladaq ki, “Universal Studios” aktyor seçimi ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. KİV-də filmin mümkün adının “Sürətli əbədi” olacağı yazılsa da, bu ad rəsmi təsdiqini tapmayıb.


Telegram kanalımız
Chosen
85
yenisabah.az

1Sources