EN

Amerikalı milyarder Sidney terrorçusunu zərərsizləşdirən adamı mükafatlandırıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pershing Square investisiya fondunun rəhbəri milyarder Bill Ackman, Sidney çimərliyində atışma törədən silahlı şəxslərdən birini zərərsizləşdirən adama 100.000 dollar bağışlayıb.

Bizimyol.info xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzeti mənbələrə istinadən bu barədə məlumat yayıb.

Terror hücumundan qısa müddət sonra yəhudi əsilli və sərvəti 9,5 milyard dolları keçən Ackman, 43 yaşlı meyvə satıcısı Əhməd əl-Əhmədi cəsarətinə görə mükafatlandırmaq niyyətində olduğunu açıqlayıb.

Milyarder onun üçün "GoFundMe" kampaniyasına başlayıb. Ackman artıq 100.000 dollar bağışlayıb.

Qolundan güllə yarası alan Əhmədin ailəsi onun xəstəxanada əməliyyat olunduğunu bildirib.

İnternetdə Sidneydəki Bondi çimərliyində atəş açmaqda şübhəli bilinən silahlı şəxslərdən birini yoldan keçən bir şəxsin ram etdiyini göstərən video yayılıb. Dərc olunan görüntülərdə Əhməd arxadan silahlı adama tərəf qaçıb silahı ondan almağı bacarıb. Silahlı şəxs qaçmağa cəhd edir.

Qeyd edək ki, 14 dekabrda Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə atışma baş verib. Medianın məlumatına görə, hücum edənlər üç nəfər olub: terror aktı törədənlərin biri öldürülüb, ikisi saxlanılıb, onlardan biri xəstəxanada ağır vəziyyətdədir.

Daha əvvəl mediada rusların Sidney hücumundan əvvəl çimərlikdən qaça bildikləri barədə məlumat yayılmışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
bizimyol.info

1Sources