EN

Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü

ABŞ-ın Texas ştatında yeniyetmə psixi cəhətdən qeyri-sabit vəziyyətdə olarkən keçmiş sevgilisinin anasını, həmçinin onun azyaşlı qardaş və bacısını güllələyib.

Bizim.Media xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.

HadisÉ™ yerinÉ™ gÉ™lÉ™n polis É™mÉ™kdaÅŸları mÉ™nzildÉ™ üç nÉ™fÉ™rin cÉ™sÉ™dini aÅŸkarlayıblar — 39 yaÅŸlı Cessika Rodrigez, onun 9 yaÅŸlı oÄŸlu vÉ™ 13 yaÅŸlı qızı. Hüquq-mühafizÉ™ orqanları baÅŸ verÉ™nlÉ™ri mÉ™qsÉ™dli ÅŸÉ™kildÉ™ törÉ™dilmiÅŸ zorakı akt adlandırıblar.

Şübhəli şəxs, 15 yaşlı ABŞ vətəndaşı cinayət yerindən qaçsa da, polis onu təxminən 40 dəqiqə sonra saxlayıb.

Polis rəisi Mayk Gerke şübhəlinin keçmiş sevgilisinin həmin vaxt evdə olub-olmadığını dəqiqləşdirməyib. Lakin bildirib ki, qız sağdır və hər hansı xəsarət almayıb. Cinayətin motivləri araşdırılır, polis hadisənin bütün halları üzərində istintaq aparır.

Bizim.Media

Chosen
70
3
bizim.media

4Sources