EN

Türkiyəli bələdiyyə sədri vəfat etdi

Xərçəng müalicəsi alan və çoxsaylı orqan çatışmazlığı diaqnozu qoyulduqdan sonra intubasiya edilən Şahzadələr Bələdiyyəsinin sədri Gülşah Durbay dünyasını dəyişib. 

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, Durbay müalicə aldığı Manisa Şəhər Xəstəxanasında vəfat edib.

1988-ci ildə Manisada anadan olan Gülşah Durbay təhsilini doğulduğu şəhərdə başa vurub və 2011-ci ildə Hacettepe Universitetinin Qida Mühəndisliyi fakültəsini bitirdi.

O, siyasi karyerasına Respublika Xalq Partiyasından (CHP) başlayıb və 31 mart 2024-cü il yerli seçkilərində Manisanın Şahzadələr rayonunun rəhbəri seçilib.

Vəzifəyə başladıqdan qısa müddət sonra Durbay yoğun bağırsaq xərçəngi ilə mübarizə apardığını elan edib.

Chosen
34
2
konkret.az

3Sources