EN

Araz Naxçıvan a uğurlar arzulayıram Qurban Qurbanov

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında XV turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Araz-Naxçıvan" üzərində böyükhesablı qələbəyə sevinib.

Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov fikirlərini jurnalistlərlə bölüşüb:

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Oyunçuların intizamlı oynaması vacib idi. Sonlara yaxın 1-2 boşluqlar olsa da çox diqqətli və intizamlı oyun göstərdilər. Qarşımızda topa yaxşı nəzarət edən komanda olmasına baxmayaraq yaxşı performans göstərdik. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Bu soyuq havada stadiondan bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm"

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
fanat.az

2Sources