EN

Putinin Şahbaz Şəriflə görüşə gecikməsinin səbəbi

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Aşqabadda keçirilən danışıqlar zamanı çox həssas mövzuları müzakirə ediblər.Bizim.Media xəbər verir ki, bu barədə bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Peskov bildirib ki, bu cür mövzuların müzakirəsi zamanı vaxtın dəqiq tənzimlənməsi çətin olur. Onun sözlərinə görə, Türkmənistanda baş tutan görüş ümumilikdə təxminən 1,5 saat davam edib.“Belə danışıqlarda adətən çox həssas mövzular müzakirə olunur və bu zaman vaxtı nəzarətdə saxlamaq olduqca çətindir”, – Peskov qeyd edib.O əlavə edib ki, Putinin həmin gün daha sonra Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılıb və bu səbəbdən görüş qrafiki kifayət qədər sıx olub.“Beləliklə, hər tərəfdən vaxt çatışmazlığı yaranır”, – deyə Peskov vurğulayıb.Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif Putini 40 dəqiqə gözlədikdən sonra protokolu pozaraq, Putinlə Ərdoğanın görüş keçirdiyi otağa daxil olmuşdu. (Teleqraf.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
2
bizim.media

3Sources