Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Aşqabadda keçirilən danışıqlar zamanı çox həssas mövzuları müzakirə ediblər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, bu cür mövzuların müzakirəsi zamanı vaxtın dəqiq tənzimlənməsi çətin olur. Onun sözlərinə görə, Türkmənistanda baş tutan görüş ümumilikdə təxminən 1,5 saat davam edib.
“Belə danışıqlarda adətən çox həssas mövzular müzakirə olunur və bu zaman vaxtı nəzarətdə saxlamaq olduqca çətindir”, – Peskov qeyd edib.
O əlavə edib ki, Putinin həmin gün daha sonra Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılıb və bu səbəbdən görüş qrafiki kifayət qədər sıx olub.
“Beləliklə, hər tərəfdən vaxt çatışmazlığı yaranır”, – deyə Peskov vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.