EN

Ukrayna üçün şok: Rusiya bu istiqamətdə hücuma keçdi, şiddətli döyüşlər gedir

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində irəliləyişini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi-analitik ictimai qrupu olan “DeepState” məlumat yayıb.

Bildirilir ki, Rusiya ordusu Tolstoy kəndi üzərində nəzarəti ələ keçirib, həmçinin qondarma Donetsk Xalq Respublikasının Yampol və Seversk şəhərləri istiqamətində hücum əməliyyatlarını genişləndirib.

DeepState-in açıqlamasında qeyd olunur ki, adı çəkilən yaşayış məntəqələrinin demək olar ki, bütün ərazisi ya Rusiya qüvvələrinin nəzarəti altındadır, ya da hazırda “boz zona” hesab edilir. Bu isə ərazidə aktiv döyüşlərin davam etdiyini və tərəflərin mövqelərinin tez-tez dəyişdiyini göstərir.

Bu fonda Rusiya Müdafiə Nazirliyi də rəsmi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, dekabrın 14-də “Vostok” hərbi qrupunun bölmələri Zaporojye vilayətində yerləşən Varvarovka kəndini nəzarətə götürüb. Rəsmi Moskva bunu əməliyyatların uğurlu gedişi kimi qiymətləndirir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
77
globalinfo.az

1Sources