EN

Serxio Fransisko “Real Sosyedad”dan qovuldu – ARENA.AZ

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” komandasının baş məşqçisi Serxio Fransisko istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Xatırladaq, Serxio Fransisko bu ilin iyul ayında “Real Sosyedad”ın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt ispan mütəxəssislə 1 illik müqavilə imzalanmışdı.

Serxio Fransisko 2022-ci ildən “Real Sosyedad”ın İspaniya üçüncü liqasında çıxış edən ikinci komandasını çalışdırıb. O, əsas komandanı 18 oyuna çıxarıb, 6 qələbə, 4 heç-heçə və 8 məğlubuyyət görüb.

Cari mövsümdə keçirdiyi 16 oyunda 16 xal toplamış Sosyedad komandası İspaniya La Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Chosen
58
4
arena.az

10Sources