EN

Ərdoğandan Kiyev və Moskvaya XƏBƏRDARLIQ

"Qara dəniz hesablaşma arenası kimi qiymətləndirilməməlidir. Bu həm Rusiya, həm də Ukrayna üçün faydalı olmayacaq".

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabaddan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Türkiyə Prezidenti xatırladıb ki, forum çərçivəsində Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirilib.

“Putinlə söhbətimizdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başlanmış dialoqu müsbət qiymətləndirdiyimizi vurğuladıq və ölkəmizin sülh səylərinə verə biləcəyi töhfəni dəyərləndirdik”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, görüşün əsas mövzusu konflikt və sülh təşəbbüsləri olub.

Chosen
36
34
publika.az

10Sources