AZ

Ərdoğan: "Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil"

“Sülh uzaqda deyil və biz bunu görürük. Əsas məsələ sülh istiqamətində səyləri davam etdirməkdir”, – deyə Prezident Ərdoğan bildirib.

Türkiyə Prezidenti Aşqabadda keçirilən “Sülh və etimad: dayanıqlı gələcək naminə məqsədlərin birliyi” Beynəlxalq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü “çox məhsuldar və hərtərəfli” adlandırıb.

“Putinə istənilən vaxt onu Türkiyədə qəbul etməyə hazır olduğumu bildirdim. Tezliklə görüşməyin mümkün olması imkanlarını müzakirə etdik. Putin söz verdi ki, sözünə əməl edəcək. Rusiya liderinin tezliklə səfər edəcəyinə ümid edirəm”, – deyə dövlət başçısı qeyd edib.

Türkiyə Prezidenti vurğulayıb ki, Ankara ilə Moskva arasındakı münasibətlər ani maraqlara əsaslanmır. “Söhbət qarşılıqlı etimada və güclü diplomatiyaya söykənən köklü tarixi əlaqələrdən gedir”, – deyə siyasətçi izah edib.

AzVision.az
Seçilən
30
1
azvision.az

10Mənbələr