Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya gəlib.
Bizim.Media-nın məlumatına görə, sənətçi Bakı Konqres Mərkəzində səhnə alıb.
Konsertindən öncə jurnalistlərin suallarını cavablandıran Demet bunun Bakıda verdiyi ilk böyük konsert olduğunu bildirib:
“Bakıda yaxın dostlarım var. Həmişə bura toylara filan gəlirik. Belə bir konsert də tələb məsələsidir. Siz istəyin, gələk. İki saatlıq yoldur, niyə gəlmirik?”
Sara, Bizim.Media.