EN

Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb

Moskva vilayətinin Serpuxov rayonunda "Novinki" aerodromu yaxınlığında iki yerlik yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə aerodromdan təxminən 3 kilometr aralıda, təyyarənin havaya qalxması zamanı baş verib.

İlkin məlumata əsasən, təyyarədə iki nəfər olub, onlardan biri xəsarət alıb.

Chosen
65
8
apa.az

10Sources