EN

Həbibbəylinin Mehdiyevlə gerçək münasibəti üzə çıxdı Sabiq deputat gizlinləri açdı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ümummilli lider Heydər Əliyevin anım günündə jurnalistlərin sualını cavablandıran Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin sözləri diqqət çəkib. Belə ki, AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı sual zamanı İ.Həbibbəylinin istəmədən “Ramiz müəllim” deməsi ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub.

Bəzi insanlar bunu “dil çaşıb, düzünü deyər” və ya “Ramiz Mehdiyev ilə yaxınlığı buradan bilinir” kimi şərh ediblər. Görəsən, İsa Həbibbəylinin “müəllim” deyə xitab etməsi nədən xəbər verir?

Globalinfo.az-a danışan sabiq deputat, fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, əslində “müəllim” sözü ölkəmizdə çox vaxt mexaniki olaraq işlədilir və İsa Həbibbəyli də bu ifadəni sadəcə gündəlik üslubda işlədib.

O, bunu ciddi bir irad kimi qəbul etmədiyini vurğulayıb:

“Amma mən bir şeyi bilirəm ki, Ramiz Mehdiyev Akademiyanın prezidenti olanda İsa müəllimlə münasibətləri yaxşı olmayıb. 2021-ci ildə parlamentin tribunasından mən Ramiz Mehdiyevi Akademiya rəhbərliyindən istefaya çağıranda, Rəyasət Heyətinin üzvləri heç bir reaksiya vermədilər.

Etibar Əliyev

Sonrakı mərhələdə isə Akademiyanın bir çox üzvü fikirlərini Ramiz Mehdiyevə qarşı işlətdilər. Hələ o vaxt onun əməlləri barədə məlumatlı idim. Lakin İsa müəllim həmişə öz fikrini deyib. Düzü, İsa Həbibbəyli ilə indi heç bir əlaqəm yoxdur. Milli Məclisdə 5 il bir yerdə parlament üzvü olmuşuq. Yenə də deyirəm, əvvəlki münasibətləri yalnız gördüyüm qədər deyə bilərəm”.

E.Əliyevin sözlərinə görə, İsa Həbibbəyli ilə Ramiz Mehdiyevin münasibətləri heç vaxt yaxşı olmayıb:

“İsa müəllimi mən dövlətçi şəxsiyyət kimi tanımışam. Onun bütün hərəkətləri, elmi fəaliyyəti dövlətçiliyə bağlı olub və hər zaman ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə sədaqətini göstərib. Akademiyada Ramiz Mehdiyev ilə yaxın olan insanlar olsa da, sonradan bir neçəsi məcburi olaraq onun neqativ fəaliyyəti barədə danışıb. Akademiyanın Rəyasət Heyətinin əksəriyyət üzvləri onunla çox yaxşı münasibət saxlayıb”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
globalinfo.az

1Sources