EN

“Marsel”lə “Monako” büdrədi, “Lans” vahid liderliyi qorudu

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səfərdə “Nant”ı məğlub edən “Lans” 15-ci turdan sonra da vahid liderdi. Onun ən yaxın izləyicisi isə evdə “Renn”in qapısından 5 cavabsız top keçirən PSJ-di. Yeri gəlmişkən, mövsümdə ilk dəfə parislilərin qapısını rusiyalı Matvey Safonov qorudu. Turnir cədvəlinin sonrakı pillələrində “Marsel” ilə “Lill” qarşılaşıb. Bu komandalar hesabat turunda bir-biri ilə qarşılaşdı, yeganə qolla qalib gələn “şimallı itlər” cənublulara çatdı.Səfərdə “Loryan”a uduzan “Lion” 5-ci pillədə qərarlaşıb. Bəlkə də “şirlər” bu oyundan daha yaxşı nəticə ilə ayrıla bilərdi. Sadəcə, 42-ci dəqiqədə meydandan qovulan müdafiəçi ingiltərəli müdafiəçi Meytlend-Nayls onları pis vəziyyətdə qoydu.Turun qalan oyunlarına gəlincə, “Monako”nun eniş-yoxuşlu çıxışı davam edir. Ötən tur PSJ-yə qalib gələn “knyazlar” bu dəfə səfərdə “Brest”ə uduzdu. “Tuluza” evdə “Strasbur”dan, “Anje” səfərdə “Nitsa”dan üstün oldu. “Oser” də evdə “Mets”ə qalib gəldi, “Havr” – “Paris” oyunu qolsuz bitdi.15-ci turPSJ – Renn 5:0Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbay, 88. Ramuş, 90+2. (47823)PSJ: Safonov, Zair-Emeri (Ncantu, 80), Markinyos, Paço, L.Ernandes, Vitinya (Ruis, 71), Mayulu, Neveş (Mbay, 80), Li Kan İn (Dembele, 64), Barkolya, Kvaratsxeliya (Ramuş, 71).Brest – Monako 1:0Dumbiya, 28. (14522)Monako: Qradetski, Vanderson (Dyatta, 84), Teze, Salisu, Enrike, Kulibali (Poqba, 69), Kamara (Mişal, 77), Akliuş, Minamino (Brunner, 77), Qolovin (İdumbo, 69), Biret.Lill – Marsel 1:0E.Mbappe, 10. (48258)Marsel: Rulyi, Pavar (Bakola, 66), Balerdi, Agerd, Vea, Kondoqbia (Nadir, 80), Vermeren, Emerson, Qrinvud, Payşao (Mmadi, 80), Obameyanq (Vaj, 66).Nant – Lans 1:2Əl-Ərəbi, 38 – Toven, 34. Said, 81. (26654) Tuluza – Strasbur 1:0Emersonn, 18. (22031)Nitsa – Anje 0:1Belkdim, 33. (8000)Oser – Mets 3:1Sinayoko, 36-p. Əl-Azzuzi, 39. Danua, 89 – Eyn, 45+1. (15588)Loryan – Lion 1:0Paji, 39. (16213)Havr – Paris 0:0(17460)1. Lans 15 11 1 3 26-13 342. PSJ 15 10 3 2 32-12 333. Marsel 15 9 2 4 35-15 294. Lill 15 9 2 4 29-17 295. Lion 15 7 3 5 21-16 246. Renn 15 6 6 3 24-23 247. Monako 15 7 2 6 26-26 238. Strasbur 15 7 1 7 25-20 229. Tuluza 15 5 5 5 21-19 2010. Brest 15 5 4 6 20-24 1911. Anje 15 5 4 6 13-17 1912. Nitsa 15 5 2 8 19-27 1713. Loryan 15 4 5 6 19-28 1714. Paris 15 4 4 7 21-26 1615. Havr 15 3 6 6 13-21 1516. Oser 15 3 3 9 11-21 1217. Nant 15 2 5 8 13-24 1118. Mets 15 3 2 10 15-34 11Bombardirlər: Qrinvud (Marsel) – 10, Paniçelli (Strasbur) - 9, Lepol (Renn) – 8.Turun rəqəmi9 – “Tuluza” – “Strasbur” oyunu “böyük beşlik” ölkələrində cari mövsümdə 10-dan artıq zərbənin vurulduğu ilk qarşılaşma oldu. Bu zərbələrin 9-u “Tuluza”nın, 3-ü “Strasbur”un payına düşdü.Turun ulduzuXviça Kvaratsxeliya (PSJ) – cari mövsümdə aşağı məhsuldarlıq göstərən gürcü yarımmüdafiəçi, nəhayət, səhnəyə çıxdı. Məhz onun dublu liderlər qrupuna yaxın olan “Renn” üzərindəki darmadağında önəmli rol oynadı.Turun sitatı Luis Enrike, PSJ-nin baş məşqçisi (Safonovun mövsümdə ilk oyununu keçirməsi ilə bağlı suala cavabı):

“Safonova çətin idi, çünki oyun praktikası yoxdu. Amma işinin öhdəsindən yaxşı gəldi. Mənim onunla heç vaxt problemim olmayıb. Məni düzgün anlayın: oyunçular yox, xanımım ilə evliyəm. Onunla bağlı planlarım var. Futbolçulara isə yanaşmam fərqlidi”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
1
icma.az

2Sources