EN

Turizm Agentliyi qış turizmi ilə bağlı görülən işləri açıqlayıb

Bakı.Trend:

Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir.Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qışxizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçünhazırlıq işləri yekunlaşmaqdadır.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.

"Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq dekabrayının ortalarında başlayır və mart ayının sonlarınadək davam edir.Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin YaxınŞərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdəAvropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işləraparılır. Dövlət Turizm Agentliyi tərəfindən ilboyu qış turizminin,həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalqsərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir", - qurumdanqeyd edilib.

Agentlikdən bildirilib ki, Azərbaycanda qış mövsümü üzrə turizmimkanlarının təbliği, ölkəyə qış mövsümündə səyahət edənturistlərin sayının artırılması məqsədilə, həmçinin ölkəmizin qışturizmi üzrə cəlbedici destinasiya kimi tanıdılması məqsədilə hədəfölkələrdən aparıcı turizm şirkətləri və media nümayəndələri üçüntanıtım səfərləri təşkil edilir:

"Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimişimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənubətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizmdəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən Yardımlırayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarınınətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləriüzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərəmalikdir".

Qurumdan vurğulanıb ki, işğaldan azad edilmiş ərazilər üzrə dəqış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur.

"Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcərrayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, buradaİstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu,Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəlidestinasiyalar kimi təklif edilmişdir. Həmçinin Laçın rayonununMinkənd kəndinin sıldırım-dağ ərazilərində də qış turizmifəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbiicoğrafi faktorlar burada xizəkçilik mərkəzlərininrəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azadedilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına vədayanıqlı məskunlaşmanıın təmin edilməsinə dəstək verməpotensialına malikdir",- deyə agentlikdən əlavə edilib.

Chosen
24
4
az.trend.az

5Sources