EN

Ümummilli Lider Heydər Əliyevin anım günü Abşeron rayonunda qeyd edilib

Bakı, 12 dekabr, AZƏRTAC

Böyük tarixi şəxsiyyət, müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevin anim günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH), rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, idarə və təşkilatların, Abşeron RİH yanında İctimai Şuranın və rayon Ağsaqqallar Şurasının rəhbər şəxsləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Chosen
39
6
azertag.az

8Sources