AZ

Ulu Öndər Abşeronda da yad olundu FOTOLAR

ain.az, Gununsesi saytına istinadən bildirir.

Ulu Öndəri Heydər Əliyevin anim günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib. 

Gununsesi.info xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, idarə və təşkilatların, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının rəhbər şəxsləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti Xırdalan şəhərində Ümummmilli Lider Heydər Əliyevin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra rayonun Saray qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna ehsan süfrəsi təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
4
icma.az

8Mənbələr