Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Aşqabadda keçirilən görüş başa çatıb. Həm genişləndirilmiş, həm də məhdud formatlarda aparılan danışıqlar, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirilən görüş ümumilikdə 90 dəqiqə davam edib. Ərdoğanla söhbət bitdikdən sonra Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla ayaqüstü müzakirələr aparıb.
Doğru.az xəbər verir ki, dekabrın 12-də baş tutan görüş Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forum çərçivəsində keçirilib.
Liderlər xüsusilə Ukrayna məsələsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Söhbət zamanı Avropanın Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək üçün “böyük fırıldaq” təşkil etmək niyyəti də müzakirə edilib.
DOĞRU.AZ