Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzinin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüş keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ulu Öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlaqının qorunması və qayğı ilə əhatə olunması sahəsində təməlini qoyduğu dövlət siyasəti barədə məlumat verilib.
Mərkəzə səfirliyin ərzaq paketləri təqdim olunub.